Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət 3X3 basketbol üzrə yığma komandaları Avropa Kubokunun təsnifat mərhələsində finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, Kosovonun paytaxtı Priştinada qızlarımız Malta üzərində 15-10 hesablı qələbə qazanaraq, finala vəsiqə qazanıb. Qadın millimizin finaldakı rəqibi Kipr olacaq.

Kişi yığmamız isə yarımfinalda İrlandiyaya 21:12 hesabı ilə qalib gəlib. Komanda Bakı vaxtı ilə saat 22:15-də start götürəcək finalda Kipr ilə üz-üzə gələcək.