AZ

Rusiya “Abrams” tanklarını asanlıqla sıradan çıxara bilər

Rusiya Federasiyasının Silahlı Qüvvələri“Abrams” tanklarını asanlıqla sıradan çıxarmağı öyrənib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çinin “Asia Times” nəşriyazıb.

Materialda deyilir ki, Rusiya Silahlı Qüvvələri “Abrams”ı pilotsuz uçuş aparatları, xüsusən “Lancet” ilə sıradan çıxarmağı və ya minalarla məhv etməyi öyrənib.

Həmçinin qeyd edilir ki, bu tank “Kornet” kimi tank əleyhinə silahlara qarşı həssasdır.

Qeyd olunur ki, Ukraynadakı münaqişə Abrams tankları ilə bağlı bir sıra problemləri göstərib.

İyunun 8-də Rusiya Silahlı Qüvvələrinin Avdievka yaxınlığında ABŞ istehsalı olan “Abrams” tankı və “Bradley” piyada döyüş maşınının məhv edildiyi bildirilib.

Həmin gün britaniyalı ekspert Aleksandr Merkuris bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada ABŞ istehsalı olan hərbi texnikanı elə miqdarda məhv edir ki, bu, artıq adi hala çevrilib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
sia.az

1Mənbələr