AZ

Ağac budaqlarının “gizlətdiyi” işıqforlar – Sürücülər NARAZIDIRVİDEO

Ağacların yarpaqlamağı təbiət üçün faydalı olsa da, bəzi ərazilərdə sürücülər üçün təhlükə saçır.

Xezerxeber.az xəbər verir ki, paytaxt küçələrində ağac budaqlarının arasında gizlənən yol nişanlarını tez-tez görmək mümkündür. Daha doğrusu bu nişanları görmək mümkün olmur.

"Xüsusilə də işıqforları"

Bu isə sürücülərə müəyyən çətinliklər yaradır.

Sürücülər ağacların budaqlarının işıqforun işığını gizlətməsi səbəbindən problem yaşandığını bildirirlər. Yolda hərəkət edən zaman işıqforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar.

Məsələ ilə əlaqədar Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yol nişanlarının qarşısını örtən ağaclarla bağlı, balansdaşıyıcı tərəfindən birliyə müraciət olunmalıdır.

Həmin müraciət əsasında budanma işləri həyata keçirilir. Lakin onu da nəzərə almaq lazımdır ki, ağac budaqlarının artması daimi proses olduğundan qurum tərəfindən də mütəmadi monitorinqlər keçirilir. “Xəzər Xəbər”in çəkilişindən sonra da sözügedən ünvanda budaqlar, yaşıllaşdırma birliyinin əməkdaşları tərəfindən budandı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
17
xezerxeber.az

10Mənbələr