AZ

Qızıl-zinyət mağazası soyuldu: 1 milyon manata yaxın zərər var

İtaliyada qızıl-zinyət mağazasından külli miqdarda oğurluq olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Romanın Condotti küçəsində baş verib.

Məlumata görə, soyğunçular mağazaya depo hissəsinin kanalizasiya şəbəkəsinə qoşulan boşluğundan daxil olaraq, ümumu dəyəri 500 min avro (926100 manat) olan qızıl zinyət əşyalarını oğurlayıblar.     

Soyğun, gecə yarısı işə düşən təhlükəsizlik siqnalının işə düşməsi ilə fərq edilib və hadisə yerinə çox sayda polis gəlib.

Oğruların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün ərazidəki təhlükəsizlik kameraları araşdırılır.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
avtosfer.az

1Mənbələr