AZ

Tomas Tuxel “Mançester Yunayted”in sahibi ilə görüşdü

Ötən çərşənbə axşamı alman mütəxəssis Tomas Tuxel “Mançester Yunayted”in yeni həmsahibi Cim Retkliflə görüşüb.

Arena.az məlumat verir ki, bu görüş haqda jurnalist Kristian Falk məlumat əldə edərək, ictimailəşdirib.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqın əvəzləyicisi hesab edilən Tomas Tuxel mankunianlıların sükanı arxasına keçsə, “Mançester Yunayted”in idman fəsadlarını necə həll edə biləcəyini Cim Retklifə xırdalayıb.

Xüsusilə, tərəflər ötən mövsümün əvvəlində Erik ten Haqla münaqişəsi olan ingilis vinger Ceydon Sanço və zədə səbəbindən bir çox oyunu buraxmış hücumameyilli yarımmüdafiəçi Meyson Mauntla bağlı vəziyyətdən danışıblar.

Vurğulanır ki, Tuxel “Çelsi”də birgə çalışdıqları müddətdə yeni səviyyəyə qaldıra bildiyi alman mərkəz müdafiəçisi, hazırda “Real”da qalibiyyətləri sıralayan Antonio Rüdigeri misal çəkib.

Cem Retklifin qarşılığı haqda məlumat açıqlanmasa da, bu məqamları təhlil üçün köməkçilərinə ötürəcəyi vurğulanır.

Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, 2023-cü ilin martında gətirilmişdi. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

2023/2024-cü illər mövsümündə Tuxelin çalışdırdığı “Bayern” çıxış etdiyi dörd cəbhənin üçündə gözlənilmədən uğursuzluğa düçar olub. Almaniya nəhəngi Bundesliqanın çempionluğunu Leverkuzen “Bayer”inə uduzub, Almaniya Kuboku və Almaniya Super Kubokunu da əldən verib.

“Bayern”in mövsümü xilas etmək üçün son ümidi Çempionlar Liqasına idi. Mötəbər yarışın yarımfinalına çıxaraq ilk oyunda evdə “Real”la 2:2 hesablı heç-heçə oynamış “Bayern”, Madriddəki cavab oyununda “qaymaqlılar”a 1:2 hesabı ilə məğlub olaraq, cari mövsümü qənimətsiz başa vurub.

Tuxelin rəhəbərli altında “Bayern” 61 oyuna çıxıb, 37 qələbə qazanıb, 8 heç-heçə edib, 16 oyunda məğlub olub. Top fərqi isə 142:80 nisbətindədir.

Alman mütəxəssis cari mövsümün rəsmən başa çartması ilə “Bayern”in sükanını təhvil verərək, Münhen klubundan ayrılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
arena.az

1Mənbələr