AZ

HadisəƏlət-Astara magistralında dəhşətli qəza: Biri azyaşlı olmaqla 2 nəfər ölüb, yaralılar var

SİZİN REKLAM BURADA!055 213 76 73

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 152-ci kilometrində olub.

"Toyota Prado" və "Mercedes" markalı minik avtomobilləri toqquşublar. Qəza nəticəsində "Toyota Prado" aşıb, "Mercedes" markalı avtomobil isə ikiyə bölünüb.

Qəza nəticəsində iki nəfər ölüb, yaralananlar var.

Həkimlərin səylərinə baxmayaraq, qəza nəticəsində ağır xəsarət alan 2014-cü il təvəllüdlü Akif Mahmudov komadan çıxmayıb.

Akif Mahmudovun meyiti artıq ailəsinə təhvil verilib.

BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
2
far.az

2Mənbələr