AZ

"Adına kredit olan şəxs dünyasını dəyişirsə borcu banka onun ailəsi qaytarmalı idi” – QANUN DƏYİŞİRVİDEO

Mərkəzi Bank istehlak kreditləri ilə bağlı qaydalara dəyişiklik edib. Yeni qaydalara əsasən, istehlak kreditləşməsində sığortadan istifadə olunacaq.

Bunu “Xəzər Xəbər”ə millət vəkili Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, əvvəlki dövrlərdə isə kredit götürən vətəndaş əgər dünyasını dəyişərdisə, bu zaman krediti onun ailəsi tərəfindən qaytarılırdı, bəzi hallarda bu, ailə üçün ciddi maliyyə yükü yaradırdı.

Vüqar Bayramov bildirib ki, digər mühüm məqam əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarının genişləndirilməsi və eyni zamanda əlillik dərəcəsində dəyişiklik baş verirsə, bunun sığorta tərəfindən kompensasiya edilməsidir.

Millət vəkilinin sözlərinə görə, eyni zamanda, kredit faizlərinin azalması da bütövlükdə kredit götürmək istəyən vətəndaşlar üçün yeni imkandır.

Proses daha ucuz, daha aşağı faizlə kreditlərin əldə edilməsinə imkan yaradacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
4
xezerxeber.az

10Mənbələr