AZ

“Cəbrayıl”dan ilk addım

I Liqaya vəsiqə uğrunda pley-offun ilk görüşü keçirilib.

İdman.biz xəbər verir ki, “ASCO Arena”da “Cəbrayıl”la “Araz Saatlı” qarşılaşıb.

Meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. “Cəbrayıl”ın heyətində Tapdıq Əhmədov və Elşad Əliyev fərqləniblər.

Komandalar arasında cavab oyunu iyunun 15-də Saatlıda olacaq.

9 iyun (bazar)
“Cəbrayıl” – “Araz Saatlı” - 2:0

Qollar: Tapdıq Əhmədov, 39. Elşad Əliyev, 61
“ASCO Arena”, 18:30

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
idman.biz

3Mənbələr