AZ

“Lazım gələrsə, Buçaya yenidən getməyə hazırıq...” - Erməni siyasətçi Zaxarovaya...

Yazını böyüt
Yazını kiçilt

İrəvanın Nor-Nork inzibati dairəsinin başçısı Tiqran Ter-Marqaryan Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın “Ermənistan nümayəndə heyətinin Buçaya (Ukraynanın 2022-ci ildə Rusiya işğalına məruz qalarkən soyqırıma məruz qalan şəhəri. Hazırda azad olunub -S.L.) səfərini qeyri-dost addım kimi qiymətləndir”məsinə kəskin münasibət bildirib.

Hafta.az xəbər verir ki,  T. Ter-Marqaryan sosial şəbəkədəki statusinda yazıb: “Xüsusilə xanım Zaxarova üçün bir neçə dəqiqləşdirmə.

İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin başçısı və “Respublika” partiyasının siyasi şurasının üzvü kimi mən Ukraynaya səfər etdim və həm yerli hakimiyyət orqanları, həm də erməni icması ilə görüşdüm.

Mən də humanitar yardım çatdırmaq üçün Buçada idim. Lazım gələrsə, yenidən getməyə hazırıq.

Görüşlərimdə əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməz. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir.

Qəribədir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əvvəlcə Ermənistan parlamentini İrəvan inzibati dairəsi ilə qarışdırır, sonra isə partiyanın fəaliyyətinə müdaxilə etməyə çalışır. “Respublika” partiyası həm ölkədə, həm də xaricdə həmişə demokratik dəyərləri müdafiə edib”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ER nümayəndə heyətinin Buçaya getməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə etiraz notası göndərdiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
hafta.az

2Mənbələr