AZ

Moldovanın xarici işlər naziri Fransadakı “təbut aksiyasını” pisləyib

Moldovanın xarici işlər naziri Mixay Popsoi şənbə günü Fransanın paytaxtı Parisdə "Ukraynada ölən fransız əsgərləri" yazısı olan tabutların şəkillərini nümayiş etdirdiyi üçün həbs edilən üç Moldova vətəndaşının hərəkətlərini pisləyib.

“İki sahil” xəbər verir ki, baş diplomat bu barədə “X” social şəbəkəsində yazıb: “Biz üç Moldova vətəndaşının iştirakı ilə Parisdə baş verən insidentə təəssüf edirik və qətiyyətlə pisləyirik. Bu bizim beynəlxalq imicimizə xələl gətirmək üçün hibrid taktikaların bir hissəsidir”.

XİN rəhbəri əlavə edib ki, rəsmi Kişinyov insidentin təfərrüatlarının araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün Fransa ilə əməkdaşlığa hazırdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
ikisahil.az

1Mənbələr