AZ

AÇ-2024: “Bellingem bütün komandaya böyük təsir göstərəcək”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yarımmüdafiəçi Çud Bellingemin yığmanın oyununa təsirindən danışıb.



Komanda.az BBC-yə istinadən xəbər verir ki, baş məşqçi, Bellingemin AÇ-2024-də milliyə böyük təsir göstərəcəyini deyib:



“Çud komandada liderlik etməyə qadirdirmi? Mən belə düşünürəm, amma bu onun məsuliyyəti deyil. Biz hər şeyi bu oyunçuya bağlamırıq. Komandada başqa yaxşı futbolçular da var. Biz komanda birliyi nümayiş etdirib, turniri qazanmalıyıq. Lakin Bellingem bütün komandaya böyük təsir göstərəcək”.



2024-cü il Avropa çempionatının qrup mərhələsində İngiltərə yığması Danimarka, Serbiya və Sloveniya komandaları ilə qarşılaşacaq. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərCud Bellingem Qaret Sautqeyt

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
komanda.az

1Mənbələr