Türkiyənin İstanbul şəhərində idarəetmədən çıxan minik avtomobili 3 nəqliyyat vasitəsinə zərər yetirib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 9-da günorta saatlarında Kadıköy rayonunda qeydə alınıb.
Məlumata görə, Bostancı Ərmağan küçəsində sürətlə hərəkətdə olan minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq park vəziyyətondə olan 3 maşına çırpılıb.
Zərbənin təsirindən sürücünün öz maşını ilə birgə hər 4 nəqliyyat vasitəsinə ciddi zərər dəyib.
Nəticədə sərxoş olduğu müəyyən edilən sürücü xəsarətlər alıb.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Polis qəza ilə bağlı araşdırma aparır.
Namiq Musayev