AZ

Belqorod vilayətində partlayışlar baş verib

İyunun 9-da Rusiya Federasiyasının Belqorod vilayətində yanğın baş verib. Şəbəkə bildirir ki, çox güman ki, sursat anbarı yanır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya KİV-ləri və Rusiyanın Telegram kanalları yazır.

Qeyd olunur ki, Belqorod vilayətində və Belqorodun özündə bir sutka ərzində üçüncü dəfə raket təhlükəsi elan edilib.

Hava hücumu zamanı Belqorod vilayətinin Rakitnyanski rayonunda partlayışlar baş verib.

Partlayışlardan sonra yanğın baş verib.

Yanğının partlama ilə müşayiət olunduğu deyilir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
sia.az

1Mənbələr