AZ

"Yuventus" yeni baş məşqçisini bu tarixdə açıqlayacaq

style='margin-bottom:10px;'>

"Yuventus" gələn həftə yeni baş məşqçisinin adını açıqlayacaq.

QOL.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. 

Turin təmsilçisi baş məşqçi vəzifəsinə "Bolonya"nın sabiq baş məşqçisi Tiaqo Mottanı gətirəcək. 41 yaşlı mütəxəssisin klub ilə əmək müqaviləsi 2027-ci ilin iyun ayına kimi hesablanacaq. Mottanın təyinatı çərşənbə günü rəsmən elan olunacaq.

Qeyd edək ki, "Yuventus"un son baş məşqçisi Massimiliano Alleqri olub. O, mayın 17-də istefaya göndərilib. Hazırda Paolo Montero komandaya müvəqqəti baş məşqçilik edir.

Seçilən
189
2
teleqraf.com

3Mənbələr