AZ

Qadın və kişi basketbol millilərimiz yarımfinalda

3x3 basketbol üzrə millilərimiz Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində qrup lideri olub. 

Prosport.Az xəbər verir ki, qadın millimiz 2-ci oyun günündə A qrupunda sonuncu oyununu Lüksemburqa qarşı keçirib və 21:8 hesablı qələbə qazanaraq, qrup lideri olub. Bu yığmamızın yarımfinal oyunu bu gün Bakı vaxtı ilə saat 19:50-də baş tutacaq.

Kişilərdən ibarət millimiz isə B qrupunda son görüşünü Albaniya yığmasına qarşı keçirib və rəqibinə 21:13 hesabı ilə qalib gəlib. Bununla da bütün görüşlərini qələbə ilə başa vuran yığmamız qrup lideri olub. 

Hər iki komandamız qrup lideri olduğundan, birbaşa yarımfinala vəsiqə qazanıb. Qadın millimiz bu gün Bakı vaxtı ilə saat 19:50-də, kişi yığmamız isə saat 21:15-də yarımfinal görüşünə çıxacaq. Onların rəqibləri bu gün keçiriləcək 1/4 final qarşılaşmalarından sonra bilinəcək.

Qeyd edək ki, təsnifat mərhələsinin qalibi 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokuna vəsiqə qazanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
prosport.az

1Mənbələr