AZ

AVRO-2024-ün açılış mərasimində atəşfəşanlıq olmayacaq?

AVRO-2024-ün açılış mərasimi zamanı atəşfəşanlıq nümayiş etdirməyi planlaşdırır. Lakin hələlik assosiasiya və Münhen rəsmiləri bu tədbirdə pirotexniki vasitələrdən istifadə ilə bağlı razılığa gələ bilmirlər. UEFA 14 iyun cümə günü “Allians Arena”da AVRO-2024-ün açılış mərasimi zamanı atəşfəşanlıq nümayiş etdirməyi planlaşdırır. Lakin hələlik assosiasiya və Münhen rəsmiləri bu tədbirdə pirotexniki vasitələrdən istifadə ilə bağlı razılığa gələ bilmirlər. Matc.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. İlkin plana görə, mərasim zamanı iştirakçı komandaların bayraqları təqdim edilərkən 60 fişəng atılacaq. Pirotexniki şou keçirmək üçün isə yerli hakimiyyət orqanlarından icazə tələb olunur. Münhen yerli hakimiyyət orqanlarının buna qarşı olduğu bildirilir. Çünki pirotexniki vasitələrdən istifadə azarkeşlərə yanlış mesaj verə biləcəyini, icazəsiz istifadəyə səbəb olacağı və bunun da xəsarətlə nəticələnəcəyini əsas səbəb kimi vurğulayırlar. Hələ 2024-cü ilin yanvarında yerli hakimiyyət "EURO 2024 GmbH" (Turnirin təşkilinə cavabdeh olan DFB və UEFA-nın birgə şirkətidir) təşkilatçılarından açılış mərasimində pirotexniki vasitələrdən istifadədən imtina etməyi xahiş edib. UEFA əmin edib ki, pirotexniki vasitələrdən istifadəyə dair yekun razılığın olacağı hələ də gözlənilir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
matc.az

1Mənbələr