AZ

“Tottenhem” rekord məbləğ ödədiyi futbolçunu pulsuz yollayır

2019-cu ildə “Tottenham” tarixinin ən bahalı transferini reallaşdıraraq “Lion”dan 65 milyon avroya Tanquy Ndombeleni aldı. Lakin yarımmüdafiəçi ümidləri doğrultmadı. Matc.az xəbər verir ki, o, 2022-ci ilin yanvarından bəri London klubunda oynamayıb. Əvvəlcə icarə əsasında “Lion”da, daha sonra isə “Napoli” və “Qalatasaray”da çıxış edib. “Tottenham” nəhayət Ndombele ilə vidalaşmağa və onun azad agent kimi ayrılmasına icazə verməyi qərarlaşdırıb. Onun London klubu ilə müqaviləsi gələn ilin sonuna qədərdir, lakin klub müqaviləni uzatmaq niyyətində deyil. “Tottenham”ın əsas məqsədi xərcləri azaltmaqdır.      

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
matc.az

1Mənbələr