AZ

“Real” ilə “Bayer” arasında 150 milyonluq anlaşma

“Real” yarımmüdafiəçi Florian Virtsin transferi ilə bağlı “Bayer”lə razılığa gəlib. Matc.az xəbər verir ki, bu barədə “Marca” nəşri çəlumat yayıb. Bildirilir ki, danışıqlar bir neçə ay öncədən başlayıb. Yekun nəticəyə əsasən, 21 yaşlı almaniyalı Madrid klubu ilə 2025-ci ildə müqavilə imzalayacaq. Transferin məbləği 150 milyon avro olacaq. Qeyd edək ki, Virtsin “Bayer” ilə müqaviləsi 2027-ci ilə qədərdir. Ötən mövsüm o, Leverkuzen klubunda 49 rəsmi oyun keçirib, 18 qol vurub, Almaniya çempionatı və ölkə kubokunu qazanıb, həmçinin Avropa Liqasının finalına yüksəlib.  

Seçilən
165
matc.az

1Mənbələr