AZ

Əzizli qərar vermək üçün tələsmir

"Hazırda bütün diqqətim millinin toplanışına yönəlib. Əsas məqsədim şans qazanacağı halda özümü yaxşı tərəfdən göstərməkdi". Bu sözləri Sport24.az-a açıqlamasında Rəşad Əzizli deyib.
 
Yığma komandanın tərkibində Macarıstanda toplanışda olan qolkiper bir neçə təklif aldığını da gizlətməyib: "Karyeramı harda davam etdirəcəyim haqqında hələlik danışmaq istəmirəm. Təklifləfim var. Yığmanın toplanışı bitəndən sonra onları bir daha nəzərdən keçirəcəm. Tələsik qərar vermək istəmirəm". 
 
Qeyd edək ki, 30 yaşlı "çərçivə qoruyucusu"nun son klubu "Qəbələ" olub. Əzizli başa çatan mövsümdə "qırmızı-qaralar"ın heyətində ümumilikdə 22 oyuna çıxıb və qapısında 32 qol görüb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
sport24.az

1Mənbələr