AZ

İsrail “Əl-Cəzirə”nin ölkədə yayımına qoyulan qadağanı 45 gün uzadıb

İsrail “Əl-Cəzirə”nin ölkədə yayımına qoyulan qadağanı 45 gün uzadıb

İsrail "Əl-Cəzirə" telekanalının ölkədə yayımına qoyulan qadağanı ofislərinin bağlanması barədə sərəncamı əlavə olaraq 45 gün uzadıb. Bu barədə "Ynet" portalı İsrailin rabitə naziri Şlomo Karhiyə istinadən xəbər verib. Qeyd edək ki, qadağanın müddəti iyunun 10-da bitir. Rabitə nazirinin müvafiq təklifi İsrail Nazirlər Kabineti tərəfindən yekdilliklə qəbul edilib."Rabitə nazirinin dövlətin təhlükəsizliyinə zərər vuran xarici yayımçılara qarşı hərəkət etmək səlahiyyəti var", - deyə "Ynet" nazirə istinadən bildirib.İyunun 5-də Tel-Əviv Rayon Məhkəməsi İsrail hökumətinin telekanalın təxribatçı fəaliyyətinə cavab olaraq mayın 5-dən yayımı dayandırmaq və “Əl-Cəzirə”nin ölkədəki 21 ofisini 35 gün müddətinə bağlamaq iddiasını təsdiqləyib. "

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
afn.az

1Mənbələr