AZ

Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

Yunanıstanın Simi adasında itkin düşən BBC-nin aparıcısı Maykl Moslinin 5 gün davam edən axtarışlardan sonra ölü tapıldığı bildirilib.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yunan mətbuatı bu gün səhər saatlarında adaya tətil üçün gələn 68 yaşlı Moslinin cansız bədəninin Aya Marina çimərliyi yaxınlığındakı qayalıq ərazidən tapıldığını yazır.

Çərşənbə günü itən Moslinin cəsədinin ölüm səbəbinin müəyyən edilməsi üçün Rodos Ədli Tibb İnstitutuna aparıldığı və hazırda cinayət tərkibinə rast gəlinmədiyi qeyd edilib.

Səlahiyyətlilər onun yıxılması nəticəsində başından aldığı xəsarətlərdən ölməsi ehtimalını nəzərdən keçirdiklərini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
14
sonxeber.az

10Mənbələr