AZ

Rusiya XİN Ermənistana nota verib

Rusiya

Moskva, 9 iyun, AZƏRTAC

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistana nota verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova “NEWS.ru” portalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən sonra Rusiya XİN erməni həmkarlarına etiraz notası göndərib.

Zaxarova bildirib ki, Moskva Ermənistan nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatları qeyri-dost addım kimi qiymətləndirir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
5
azertag.az

6Mənbələr