AZ

Belçikada parlament seçkiləri keçirilir

Belçikada ölkə parlamentinə, regional qanunvericilik orqanlarına və Avropa Parlamentinə seçkilər keçirilir.

APA-nın “Alman dalğası”na istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 8:00-da açılan seçki məntəqələri saat 16:00-da bağlanacaq.

İlkin nəticələrin seçki məntəqələri bağlandıqdan dərhal sonra açıqlanması gözlənilir. Qanunvericiliyə əsasən, ölkədə seçicilərin səsvermədə iştirakı tələb olunur.

Sosioloji sorğulara əsasən, federal səviyyədə Baş nazir Aleksandr de Krosun rəhbərlik etdiyi hakim koalisiyanın çoxluğu itirəcəyi gözlənilir. Koalisiyaya Sosial Demokratlar, Yaşıllar, Liberallar və Xristian Demokratlar daxildir. Flandriyanın müstəqilliyini müdafiə edən, immiqrasiyanı məhdudlaşdırılması və “ənənəvi “flamand dəyərlərini”nin qorunması mövqeyindən çıxış edən “Flamand Marağı” Partiyasının isə səslərini artıracağı proqnozlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
10
apa.az

10Mənbələr