AZ

Uyğur qadın Hakan Fidana başqa nələr deyib? – Gözdən qaçan detal

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri zamanı Sincan-Uyğur Muxtar Bölgəsində gəzərkən bazarda bir uyğur qadınla görüşüb. Onların arasındakı dialoq Azərbaycan ictimaiyyətində diqqət çəkib.

Birinci növbədə ona görə ki, Çin heç vaxt uyğurlara qarşı səxavətli olmayıb, belə istiqamətlərə imkan verməyib. Bunun geopalitik səbəbləri ilə bağlı Globalinfo.az-da yazı dərc olunub.

Mümkündür ki, Çin Qərbdən uyğurlara görə gələn basqıları yumşaltmaq üçün belə bir açılım etsin. Məsələnin diqqətçəkən tərəfi isə odur ki, uyğur qadın H.Fidanla söhbət zamanı Azərbaycan türkcəsində bəzi ifadələrdən istifadə edib. H.Fidan ondan kefini xəbər aldıqda “yaxşıyam” deyib. Nazirin, “Torun varmı” sualına isə “dörd nəvəm var” cavabını verib. Qadın həyat yoldaşı haqda verilən sualı isə belə cavablandırıb: “Yoldaşım 40 il öncə ölüb”. Uyğur qadının danışığındakı bu detallar Azərbaycanda maraqla qarşılanıb.

Uyğurların türk dilinin hansı ləhcəsində danışdığı maraq doğurur. Bəziləri iddia edir ki, onların dilləri özbək türkcəsinə daha yaxındır.
MövzunuGlobalinfo.az-a şərh edən türkoloq, dosent Faiq Ələkbərli deyib ki, əslində, Hakan Fidanla həmin qadın uyğur türkcəsində danışırlar.
Onun sözlərinə görə, uyğur türkcəsi müəyyən qədər digər ləhcələrə nisbətdə Azərbaycan türkcəsinə daha yaxındır:

“Uyğur dili qədim türk dillərindəndir. Azərbaycan türkcəsinə daha çox yaxındır. Lakin bu dilin özbək türkcəsinə bənzəməsi də təbiidir. Bütövlükdə dialoqda istifadə olunan kəlmələrin Azərbaycan və ya özbək türkcəsinə yaxınlığı haradasa eynidir. Sadəcə, orada “yaxşı”, “nəvə” və bir çox kəlmələrin Azərbaycan dilinə daha dəqiq yaxınlığı var”.

Türkoloq deyib ki, Çinin böyük ölçüdə Türk dünyasına, xüsusilə də Uğur türklərinə olan münasibətləri hər kəsə bəllidir:
“Müəyyən dərəcədə Türkiyə-Çin münasibətləri yaxşılaşsın deyə, bu cür addımlar atılır. Türkiyə də istəyir ki, uyğurlara qarşı münasibət yaxşılaşsın. Bütün baş verənləri müsbət addım hesab etmək olar. Hər halda bu da Uyğur türklərinin hardasa vəziyyətlərinin yaxşılaşdırılmasına kömək etmiş olacaq. Məsələn, orada istənilən türk məktəbinin açılması və s. kimi məsələlər uyğurlara yardım etmiş ola bilər. Lakin bütövlükdə Çin uyğurlara qarşı öz qəddar siyasətini davam etdirəcək”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
bakuinform.agency

2Mənbələr