AZ

Ağ Ev: Nuseyrat əməliyyatı zamanı günahsız insanlar faciəvi şəkildə həlak olublar

ABŞ İsrailin Nuseyrat fələstinli qaçqın düşərgəsində həyata keçirdiyi 4 girovun azad edilməsi əməliyyatı nəticəsində ölən fələstinlilərin dəqiq sayını bilmir.

“İki sahil” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Biz bilirik ki, bu əməliyyatda günahsız insanlar faciəvi şəkildə həlak olublar. Dəqiq sayını bilmirik, amma günahsız insanlar öldürülüb və bu, ürək ağrıdır. Hər gün daha çox günahsız insanların Qəzzada öldüyünü görürük, bu da başqa bir dəhşətdir ”, o CNN-ə müsahibəsində deyib.

Bundan əvvəl Qəzza zolağının Səhiyyə Nazirliyi əməliyyat nəticəsində ən azı 274 fələstinlinin həlak olduğunu bildirmişdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
ikisahil.az

1Mənbələr