“Bayer”in yarımmüdafiəçisi Floryan Virts bir ildən sonra “Real”ın futbolçusu ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Klublar futbolçunun 2025-ci ilin yayında reallaşacaq transferi ilə bağlı danışıqlar aparır. Tərəflər həmçinin Virtsin 2024/25 mövsümünü Leverkuzendə keçirəcəyi ilə bağlı artıq razılığa gəliblər.
Mətbuatın yazdığına görə, bu transfer böyük ehtimalla “Real” a150 milyon avroya başa gələcək.