AZ

General: Noyabra kimi rus qoşunları Kiyevdə olacaq

“Qərbdə rus hərbi qüvvələrinin 2024-cü ilin noyabrına kimi Kiyevə yaxınlaşmayacağına inam yoxdur”,

“Cebhe.info” xəbər verir ki, bunu  istefada olan fransız general Vinsent Deporte bildirib.

O, Sen-Sir Hərbi Akademiyasının və ABŞ-də hərbi kollecin keçmiş məzunudur, ABŞ-də Fransanın hərbi attaşesi və baş katibin milli müdafiə üzrə köməkçisi olub. 

General “France Info” radiosunda ukraynalılarla Qərb ölkələri arasında silahların ötürülməsi üçün birgə planlaşdırmanın zəruri olduğunu bildirib. Onun fikrincə, hazırda qələbənin dinamikası Rusiyanın tərəfindədir; və öz mövqeyini qoruyub saxlaması üçün Ukraynaya hər cür yardım göstərmək vacibdir.

“Heç bir ciddi hərbi mütəxəssis rusların noyabrda Kiyev yaxınlığında olmayacağına zəmanət verə bilməz”, -deyə o qeyd edib.

General əlavə edib ki, real müdafiə strategiyası yoxdur, çünki silahların verilməsi və silah çeşidinin genişləndirilməsi strategiya deyil. Onun sözlərinə görə, bu, real şəkildə nə edə biləcəkləri və bunun əsasında hərbi əməliyyatlar qurmağı müəyyən etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
cebheinfo.az

1Mənbələr