AZ

Bermanın yeni komandası və maaşı açıqlandı


Oliver Berman gələn il Formula 1-də çıxış edən “Haas”ın pilotu olacaq.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, 19 yaşlı britaniyalı sürücü artıq “Haas”la müqavilə imzalayıb. Lakin bu anlaşma hələlik elan olunmayıb. Oliveri Lyuis Hemilton, Corc Rassel və Lando Norrisdən sonra pelotonda dördüncü britaniyalı pilot edəcək.

Bermanın “Haas”dakı maaşının təxminən 350.000 dollar olacağı gözlənilir.

O, “Ferrari” akademiyasının yetirməsidir. Hazırda Formula 2-dəki çıxışına görə maaş almır. Lakin yarışda iştirak xərclərini İtaliya komandası qarşılayır.

Qeyd edək ki, Oliver Berman Səudiyyə Ərəbistanı Qran Prisində əməliyyat olunan Karlos Saynsı əvəz edib və orada 7-ci olub.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
news24.az

1Mənbələr