AZ

Makron müttəfiqləri dilə tutmağa çalışır

“Fransa Prezidenti Emmanuel Makron müttəfiqlər axtarır və Ukraynaya birgə hərbi təlimatçılar göndərmək üçün Qərb ölkələrindən ibarət koalisiya yaratmağa çalışır. Lakin bir sıra ölkələr artıq buna qarşı çıxıblar”.

“Cebhe.info” xəbər verir ki, Almaniya KİV-i belə açıqlama ilə çıxış edib. Fransa hərbçilərinin ABŞ, Böyük Britaniya, Polşa, Hollandiya, Danimarka və İsveç də daxil olmaqla onlarla Qərb ölkəsinə məktub göndərərək, onları Aİ-nin Ukraynadakı təlim missiyası çərçivəsində Ukraynaya hərbi təlimatçılar göndərmək üçün koalisiyaya qoşulmağa dəvət etdiyi bildirilir.

Qərar qəbul olunarsa, missiyanın mandatı da dəyişdirilməli olacaq ki, bu da bürokratik problemlərə gətirib çıxaracaq. Qeyd edilir ki, Almaniya hökumətinin hər hansı formada öz qoşunlarını Ukraynaya göndərməkdə nümayişkaranə istəksizliyi ilə əlaqədar Paris Berlini dəvət etməyib.

Parisin ideyasınıın ciddi eskalasiya riski yaratmaq qorxusundan İtaliyada və ispaniyada da dəstəklənmədiyi bildirilir. Eyni zamanda, Macarıstan Rusiya Federasiyasına qarşı hər hansı kampaniyada iştirak etməyəcəyini bəyan edib.

Xatırladaq ki, müxtəlif ölkələrin siyasətçiləri fevralın sonunda prezident Emmanuel Makronun təşəbbüsü ilə Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını müzakirə etməyə başlayıblar. Moskva Ukrayna Silahlı Qüvvələrinə ölkə ərazisində təlim keçən əcnəbi hərbçilərin onlara qarşı hücumlardan müdafiə olunmadığına dair xəbərdarlıq edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
cebheinfo.az

1Mənbələr