AZ

Keşiş Qalstanyan: “Mübarizəmizdə həlledici mərhələyə qədəm qoyduq”

“Ermənistan bir nəfərin şıltaqlığı ilə idarə olunur və o getməlidir”
“Mübarizəmizin həlledici mərhələsinə qədəm qoymuşuq. Aydındır ki, bu iqtidarlar da boş oturmayacaq, nəsə edəcək. İki aydır informasiya meydanında əziyyət çəkirlər, amma alınmır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Vanadzorda keçirilən mitinqdə deyib.
“Hətta onlardan biri bir gün əvvəl demişdi ki, Milli Təhlükəsizlik Xidməti kimin agent olduğuna qərar verə bilməz. Digərini məhkəmədə nəsə etməyə məcbur edirlər, amma bunlar deyir ki, məhkəmə onu məcbur edə bilməz. 30-40 nəfəri döyüblər, etirazçı gəncin birinin üzündə polis çəkməsinin izi var. Bu isə bir daha təsdiqləyir ki, ölkəmiz Ermənistan bir nəfərin şıltaqlığı ilə idarə olunur və o getməlidir. Getmək istəmədiyi üçün onu postundan uzaqlaşdırmaq lazımdır və uzaqlaşdırılacaq”, keşiş qeyd edib.
Arxiyepiskop həmçinin bildirib ki, 9 iyun mübarizənin son günü deyil.
Qalstanyan hər kəsi bu gün saat 18:30-da İrəvanın Respublika meydanında planlaşdırılan mitinqdə iştiraka dəvət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
ayna.az

1Mənbələr