AZ

Peskov Rusiyanın mövqeyini izah etdi: “Dayana bilmərik…”

“Vladimir Putin bu həftə Sankt-Peterburqda dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşüb. Rusiyanı qlobal informasiya məkanından nə qədər təcrid etməyə çalışsalar da, Qərb jurnalistlərinin Rusiya Federasiyasının prezidenti ilə ünsiyyət qurmaq istədikləri ortada idi”.Elchi.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xarici jurnalistlərin Putinin görüşə dəvətinə necə reaksiya verməsindən danışıb.O, “Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinə deyib:“Onlar bunda maraqlıdırlar. Bizim dövrümüzdə istənilən ciddi media orqanı üçün Putinlə görüş baş verənlərə birinci əldən qiymət vermək üçün əla şansdır”.“Xüsusilə Qərbdə onlar bizimlə müharibəyə hazır vəziyyətə düşdükdə, bu barədə birbaşa danışırlar”,– deyə mətbuat katibi vurğulayıb.Peskov “Qərb mediasının nümayəndələri ilə əlaqə saxlamağın mənası varmı?” sualına belə cavab verib:“Əlbəttə, biz mövqeyimizi izah etməyə çalışmalıyıq. Bu, velosiped sürmək kimidir – burada dayanmaq olmaz – daim pedal vurmaq lazımdır”,-deyə Peskov vurğulayıb.Yeganə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
elchi.az

1Mənbələr