AZ

“Roma”nın sahibi Premyer Liqada klubunu almaq istəyir 

ABŞ-dan olan iş adamı və “Roma”nın sahibi Den Fridkin İngiltərə Premyer Liqasında klub almaq istəyir.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, söhbət “Everton”dan gedir. Amerikalı biznesmenin “Everton”a marağı ciddidir.

Onunla yanaşı digər investorların da bu klubu almaq istəyində olduğu iddia edilir. Bunlar Endi Bell, Corc Dauninq və “Dell Technologies”in qurucusu Maykl Delldir.

Qeyd edək ki, "Everton" başa çatan mövsümü 40 xalla 15-ci pillədə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
sportal.az

1Mənbələr