AZ

Bayden və Makron atəşkəsə çağırıb- BƏYANAT

Fransa və ABŞ Yaxın Şərqdə gərginliyi azaltmaq, regional münaqişənin qarşısını almaq üçün birgə səylərini davam etdirmək niyyətindədir.

“Cebhe.info”-nun məlumatına görə, ABŞ və Fransa prezidentlərinin Parisdə apardığı danışıqların yekununa dair birgə bəyanatında belə deyilir:

“Fransa və Birləşmiş Ştatlar Qəzzada dərhal atəşkəsə çağırır və bütün girovların ilkin şərt olmadan dərhal azad edilməli olduğunu bir daha bəyan edirlər”.

“Prezidentlər Qəzzada baş verən ağır humanitar böhrandan ciddi narahat olduqlarını bir daha bəyan edir, Qəzzaya aparan və onun daxilindəki bütün marşrutlar boyunca həyati əhəmiyyətli humanitar yardımların mülki əhaliyə kütləvi şəkildə çatdırılmasına və humanitar yardımların davamlı və maneəsiz təmin olunmasına çağırır. Onlar israillilər və fələstinlilər arasında davamlı sülhü təmin etməyin yeganə yolu kimi iki dövlətli həll prinsipinə sadiq qalduqlarını bir daha təsdiq edirlər”,-bəyanatda belə deyilir. 

Həmçinin, qeyd edilir ki, hər iki ölkənin liderləri Livanda sabitliyin qorunmasının və “Mavi Xətt” üzrə gərginliyin azaldılmasının mühüm əhəmiyyətini vurğulayır və bu məqsədə nail olmaq üçün birgə çalışacaqlar.

“Hər iki ölkə bütün tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq maksimum təmkin və məsuliyyət nümayiş etdirməyə çağırır. Bu baxımdan, Fransa və Birləşmiş Ştatlar Livanda 18 aylıq prezident boşluğuna son qoymağın və prezident seçkilərinə, hökumətin formalaşdırılmasına və Livan iqtisadiyyatını sabitləşdirmək, bərpa və davamlı inklüziv inkişaf üçün əsasların yaradılması üçün lazım olan islahatlara gecikmədən davam etməyin təcili zəruriliyini qeyd edirlər”,- deyə Co Bayden və Emmanuel Makron bəyan ediblər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
cebheinfo.az

1Mənbələr