AZ

Acun Əziz Yıldırımı məhkəməyə verdi! -Kartal Səudiyyə Ərəbistanında işləyə bilər

“Fənərbaxça” camiəsinin səbirsizliklə gözlədiyi an gəlib çatdı.

“Football-plus.az” xəbər verir ki, bu həftəsonu prezident seçkisi baş tutacaq. Son günlərdə iki namizəd – Əli Koçla Əziz Yıldırım arasında gərginlik ən yüksək həddə çatmışdı. Tez-tez açıqlamalar verən bu ikili müxtəlif mövzularda bir-birini ittiham etmişdi. Bu arada Əli Koçun açıqladığı yeni idarə heyətində yer alan Acun Ilıcalı Əziz Yıldırımı məhkəməyə verib! Yağız Sabuncuoğlunun xəbərinə görə ünlü şoumen və iş adamı İstanbul Cümhuriyyət Baş Prokurorluğuna müraciət edib. O, Yıldırıma qarşı 10 milyon lirəlik təzminat iddiası qaldırıb. Məsələ burasındadı ki, bir müddət öncə Yıldırım Ilıcalını FETÖ-çü və Adnan Oktarla sıx əlaqədə olmaqda günahlandırmışdı:
“Acun Dominikdə FETÖ-çülərə pasport verirmiş. 2017-də onu yanıma çağırıb “belə şeylər etmə, sənin üçün pis olacaq” dedim. Etmədiyini desə də, edirmiş. Bunu sonradan öyrəndim. Acunun o dönəm Dominikdən qalxan təyyarələrini təqib etsinlər. Başqa bir söz demirəm. Adnan Oktar mövzusuna girsəm, küçəyə çıxa bilməz. Oktarın yanına yalnız bir il getdiyini deyir. Amma yalan danışır. 9 il onun yanına gedib-gəlib. Adnan Oktarın məhkəməsində Acunla bağlı 3500-dən çox dosye oxudum. Günahlandırılanların 20 faizi “bizi Adnan hocayla Acun tanış etdi” deyir”.
Acun isə Yıldırımın cavabını bu sözlərlə vermişdi:
“Başa düşürəm ki, Yıldırım əvvəlki seçkidən fiasko ilə ayrıldığı üçün bu dəfə çox istəklidi. Amma prezident ola bilmək üçün başqa bir “Fənər”liyə qara yaxmaq mənə çox üzücü gəlir. “Fənərbaxça”nın əsas problemi daxildə yaşanan bu qarşıdurmalardı. Son 35 ildə görmədiyim, mənimlə heç bir əlaqəsi olmayan bir insanı mənimlə birləşdirmək gülməlidi. Onun başqanlığı dönəmində yaxşı insan idim. Mənə tərif yağdırırdı. İndi Əli Koçun idarə heyətində yer aldığım üçün pis insana çevrildim? Məni nə üçün qaralayırsan? Sənin sözlərinlə mənə bir şey olan deyil. Əziz Yıldırım “önümə çıxanı baltalayım, yalanlar danışım, təki seçkidə qalib gəlim” təfəkkürü ilə hərəkət edir. Halbuki klubu 600 milyon avro borc ilə qoyub getmişdi. Bir insan klubu 600 milyon avroluq borcla buraxarmı? Ona FETÖ-çü, buna Adnançı deyir. O dönəmlər keçdi. İnsanlar artıq belə bir başqan görmək istəmir”.


Yeri gəlmişkən, ötən mövsüm “Fənərbaxça”nın başında 99 xal toplamasına rəğmən, çempion ola bilməyən və Joze Mourinyonun gəlişi ilə klubdan ayrılmalı olan İsmayıl Kartala Səudiyyə Ərəbistanından təklif gəlib. “Ə-Taavun” menecerlər vasitəsilə təcrübəli mütəxəssisə təklif göndərib. Kartal “Haber Qlobal” kanalına açıqlamasında bunu təsdiqləyib:
“Klubla əlaqəsi olan bir menecer mənə zəng vuraraq Səudiyyə Ərəbistanında işləmək istəyib-istəmədiyimi soruşdu. Mən də “niyə də olmasın” dedim. Amma ortada rəsmi təklif yoxdu. Sadəcə, fikrimi soruşublar. Pul məsələsini də müzakirə etməmişik. Rəsmi təklif gəlsə, onlarla görüşməyə hazıram”.


1956-cı ildə qurulan “Əl-Taavun” indiyə qədər ölkə çempionu ola bilməyib. Ötən mövsümü 4-cü pillədə tamamlayan komanda 2019-da ölkə kubokunu və superkubokunu qazanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
football-plus.az

1Mənbələr