AZ

Əfsanə “Arsenal”a qayıdır?

İspaniya millisinin heyətində ikiqat Avropa çempionu olmuş Santi Kasorla “Arsenal”a qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə “Real Ovyedo”da çıxış edən futbolçunun özü məlumat verib. Kasorlanın sözlərinə görə, “topçular”ın baş məşqçisi Mikel Arteta ilə futbolçu karyerasını bitirdikdən sonra London klubuna qayıtmaq imkanını müzakirə edib:

“Arsenal”a xüsusi sevgim var. Orada 6 gözəl il keçirdim və bilirəm ki, məni nə qədər sevirlər. İndi komandaya rəhbərlik edən Mikel Arteta ilə soyunub-geyinmə otağını bölüşmək mənə qismət olub. Onunla mümkün qayıdışım haqqında danışdıq, lakin hazırda sadəcə hazırkı klubum “Real Ovyedo” üçün yaxşı işlər görməyə və meydanda futboldan həzz almağa diqqət yetirirəm.

Görək gələcəkdə məni nələr gözləyir. “Arsenal” mənim üçün həmişə qapını açıq qoyub. Ancaq indi düşünə biləcəyim tək şey pley-off və futbolçu karyeramın son günlərindən həzz almaqdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
publika.az

1Mənbələr