AZ

Regionlarda əhaliyə endokrinoloji xidmətin əlçatanlığının təmin edilməsi istiqamətində tədbirlər görülür

Regionlarda əhaliyə endokrinoloji xidmətin əlçatanlığının təmin edilməsi və keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə Respublika Endokrinoloji Mərkəzinin tibbi heyəti TƏBİB-in tabeliyində olan Şəki Rayon Mərkəzi Xəstəxanasının akt zalında konfrans keçirilib.

 

Şəki RMX-dan Aztibb.az-a bildirilib ki, Respublika Endokrinoloji Mərkəzin direktoru Nərminə İsmayılova və həkim-endokrinoloq Səriyyə Ağayeva “Şəkərli diabetin müasir müalicə üsulları, diaqnostikası”, “Piylənmə ilə mübarizə və uşaqlarda piylənmənin qarşısının alınması” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Konfransda Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən rayon xəstəxanalarında çalışan həkim mütəxəssislər (ailə həkimləri, endokrinoloq, terapevt, pediatr, kardioloq, nevroloq) iştirak ediblər.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
aztibb.az

1Mənbələr