AZ

Azərbaycanda yeni stadion tikiləcək – 15000 nəfərlik (ÖZƏL)

Azərbaycanda yeni stadion inşa ediləcək.

İdmanxeber.az-a daxil olan məlumata görə, başa çatan mövsümü Azərbaycan II liqasında keçirən, 2024-2025 mövsümünü Region Liqasında mübarizə aparacağı gözlənilən “Şəfa” klubunun yeni sahibi – “MY Group” MMC komanda üçün yeni stadion tikəcək. 

Arenanın Bakı şəhərində tikiləcəyi dəqiq olsa da, konkret olaraq məkan bəlli deyil. Rəhbərlik bu istiqamətdə çalışmalarını davam etdirir. Paytaxtda tikiləcək stadionun tutumu 15000 nəfərlik olacaq. Stadionun 2026-2027-ci ilə kimi tikilib istifadəyə verilməsi gözlənilir.

İdmanxeber.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
idmanxeber.az

2Mənbələr