AZ

Goranboyda təbii fəlakətin fəsadları aradan qaldırılır

8 iyun 2024-cü il tarixdə, axşam saatlarında baş verən leysan yağışı və güclü külək nəticəsində Goranboy rayonu ərazisində çaylarda suyun səviyyəsi artıb, əksər yaşayış məntəqələrində fərdi təsərrüfatlara və əkin sahələrinə ziyan dəymiş, elektrik enerjisi və təbii qazın təhcizatında fasilələr yaranıb.

 

Modern.az xəbər verir ki, mövcud vəziyyətlə bağlı, Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və RİH-nin məsul əməkdaşları operativ olaraq ərazilərdə olmuş, aidiyyəti xidmət sahələrinin əməkdaşlarını və lazımi texnikaları ərazilərə cəlb etməklə, fəsadların aradan qaldırılması istiqamətlərində əməli tədbirlər görülmüşdür.

 

Hazırda, Qazanbulaq qəsəbəsində təbii qazın və bir çox yaşayış məntəqələrində elektrik enerjisinin təhcizatı bərpa edilmiş, digər məntəqələrdə isə müvafiq işlər davam etdirilir.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
1
modern.az

2Mənbələr