AZ

Hotellərin xərclərini ən çox nə təşkil edir?

2023-cü ildə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin xərcləri 390 milyon 95 min manat olub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xərcin ən çox hissəsini əməkhaqqı xərcləri təşkil edib. Belə ki, əməkhaqqı xərcləri 132 milyon 154 min manat olub.

Bundan başqa, bütün növ yanacaq və enerji xərcləri 26 milyon 312 min manat, içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər 65 milyon 135 min manat, suyun alınmasına çəkilən xərclər 3 milyon 53 min manat, icarə ödəmələri 12 milyon 552 min manat, büdcəyə ödənlən vergilər 29 milyon 281 min manat, əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər 4 milyon 94 min manat, digər xərclər isə 117 milyon 510 min manat təşkil edib.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
valyuta.az

1Mənbələr