AZ

İmtahan nəticələri 2-3 gün ərzində elan olunacaq

 

Bu gün Dövlət İmtahan Mərkəzi Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

 

AzEdu.az xəbər verir ki, imtahanda namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.

 

İyunun 10-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

 

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
azedu.az

1Mənbələr