AZ

İsveçdə Zlatan İbrahimoviçin şərəfinə təntənəli mərasim keçirildi

İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviç millinin Serbiya yığması ilə yoldaşlıq oyunundan (0:3) sonra fəxri dəhliz alıb.

Arena.az “Aftonbladet” dərgisini istinadən məlumat verir ki, “İbra” ilə yığmada təntənəli vida mərasimində isveçli ulduz ürək sözlərini səmimiyyətlə paylaşıb:

“İsveç, necədir? Görürəm ki, mənim üçün darıxmısınız. Mən də darıxırıdım. İlk gündən mənə sevgi bəxş etdiniz, mənə dəstək oldunuz, güc-qüvvət verdiniz, heç vaxt unuda bilməyəcəyim çox gözəl xatirələr verdiniz. Qol rekordunu qırmağıma imkan yaratdınız. Ürəkdən: çox sağ olun.

Mən bu komandanın formasını qürur və tanrının sevgisi ilə geyindim. Onun kapitanı olmaq şərəf idi. Hər kəsə demək istəyirəm: həmişə böyük xəyallar qurun. Mən heç nəyin mümkünsüz olmadığının canlı sübutuyam.

25 il əvvəl mən tarixin ən yaxşısı olacağımı demişdim. Onda çoxları mənə gülürdü. Amma indi burada olduğum üçün deyə bilərəm ki, mən ən yaxşıyam. Haradan gəldiyinizdən asılı olmayaraq, istədiyinizə inanmaq vacibdir. Hər şey düzələ bilər. Dediyim kimi isə, mən bunun canlı sübutuyam”, deyə İbrahimoviç çıxışını bitirib.

Xatırladaq ki, Zlatan İbrahimoviç 2001-ci ilin yanvarında debüt etdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 122 oyun, 62 qol, 25 məhsuldar ötürmə.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
arena.az

1Mənbələr