AZ

Keşiş: “Paşinyan getmək istəmirsə...”

“Biz mübarizəmizin həlledici mərhələsinə qədəm qoymuşuq.Aydındır ki, bu hakimiyyətdəkilər də boş oturmayacaqlar, oturmayıblar. Onlar bu iki ayda nə isə etmək üçün informasiya meydanında əziyyət çəkirlər, amma alınmır”. 

“Cebhe.info”-nun məlumatına görə, arxiyepiskop Baqrat Qalstanyan Böyük Qarakilsədə (Vanadzor) keçirilən mitinqdə belə deyib. 

“Hətta onlardan biri bu yaxınlarda demişdi ki, Milli Təhlükəsizlik Xidməti kimin agent olduğuna qərar verə bilməz. Digərini məhkəmə qaydasında nəyəsə məcbur edirlər. O deyir ki, məhkəmə onu heç nəyə məcbur edə bilməz. İnsanları 30-40 nəfərlə döyürlər, qoy olsun. Uşağın üzündə polis çəkməsinin izini qoyurlar, daha heç nə.

Bu isə bir daha təsdiq edir ki, bizdə ölkə bir nəfərin keyfi ilə idarə olunur və o getməlidir. Əgər getmək istəmirsə, onu çıxarmaq lazımdır, o da çıxarılacaq”,-arxiyepiskop belə deyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
cebheinfo.az

1Mənbələr