AZ

Zverev münaqişəni yoluna qoydu

Bəzən dünyanın ən yaxşı idmançıları da adi məişət davalarından qaça bilmir, buna görə məsuliyyətə cəlb olunur.

“Football-plus.az” xəbər verir ki, dünən “Rolan Qarros”da Kasper Ruudla yarımfinal oyununa çıxan Aleksandr Zverev kimi. Almaniyalı tennisçi, nəhayət, sabiq qız rəfiqəsi Brenda Pateaya qarşı zorakılığa görə başlayan cinayət işini yoluna qoya bilib. Jurnalist Conatan Kreynin yaydığı xəbərə görə, tərəflər məhkəmədənkənar tənzimləməni razılaşdıra bilib. Ancaq məşhur tennisçi günahını boynuna almayıb. Zverevlə Pateanın bir uşağı da var.

Xatırladaq ki, Patea 2023-cü ilin iyulunda Zverevi ona bədən xəsarətləri yetirməkdə suçlamışdı. Bu işə baxan prokurorluq Zverevə münasibətdə cinayət işinin açılmasına qərar vermişdi.

Zverev 2020-ci ilin mayında daha bir sabiq rəfiqəsi Olqa Şarapovaya bədən xəsarətləri yetirdiyinə görə 450 min avro cərimələnmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
football-plus.az

1Mənbələr