Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında" Fərmanına uyğun olaraq hakimlərin ştatı 200-ə yaxın artırılıb. Hazırda hakim korpusu 615 nəfərdən ibarətdir. Bu nəticə dünya standartlarından 3 dəfə azdır.
Bu sözləri Hakimlərin Seçki Komitəsinin sədri Vidadi Cəfərov jurnalistlərə müsahibəsində deyib.
Həmin Fərmana əsasən məhkəmələrdə iş yükünün azaldılması, məhkəmə işlərinin səmərəli, obyektiv olması və hakimlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlərin keçirildiyini deyən V.Cəfərov əlavə edib: “Bu seçki prosesində 1800-ə yaxın namizəd öz gücünü yoxlayıb. Onlardan 182 nəfəri bütün prosesi müvəffəqiyyətlə başa çatdırıb”.
Mənbə: AZƏRTAC