AZ

Kürdə batan üç nəfərdən birinin meyiti tapılıb

Yazını böyüt
Yazını kiçilt

Tovuzda Kür çayına düşən avtomobildə batan üç nəfərdən birinin meyiti tapılıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istnadən bildirir ki, iyun ayının 2-i Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan 3 nəfərdən birinin (şəxsiyyəti müəyyənləşdirilir) cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən batdığı ehtimal olunan digər 2 nəfərin axtarışları intensiv şəkildə davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
hafta.az

1Mənbələr