"Səbail" heyətinə ispaniyalı mərkəz yarımmüdafiəçi qata bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Qorka Larruçea Arriendir.
Bolqarıstan təmsilçisi "Etar"la müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq Qorka hazırda "dənizçilər"lə danışıq aparır. Tərəflər anlaşmanın şərtləri ilə bağlı razılığa gəlsələr, sözügedən oyunçu növbəti mövsümə Bakı təmsilçisində başlayacaq.
Qeyd edək ki, 31 yaşlı futbolçu ölkəsinin aşağı liqa klubları ilə yanaşı, Buxarest "Dinamo"sunun da formasını geyinib.
Nihat