AZ

Bakı klubu ispaniyalı yarımmüdafiəçi ilə güclənə bilər

"Səbail" heyətinə ispaniyalı mərkəz  yarımmüdafiəçi qata bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Qorka Larruçea Arriendir.

Bolqarıstan təmsilçisi "Etar"la müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq Qorka hazırda "dənizçilər"lə danışıq aparır. Tərəflər anlaşmanın şərtləri ilə bağlı razılığa gəlsələr, sözügedən oyunçu növbəti mövsümə Bakı təmsilçisində başlayacaq.

Qeyd edək ki, 31 yaşlı futbolçu ölkəsinin aşağı liqa klubları ilə yanaşı, Buxarest "Dinamo"sunun da formasını geyinib.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
fanat.az

1Mənbələr