AZ

Sabiq basketbolçu yenə həbs olundu

MBA klublarından “Boston”un sabiq oyunçusu Delonte Uest Texas ştatının Qrovton şəhərində azad olunmanın şərtlərini pozduğuna və polisə müqavimət göstərdiyinə görə həbs olunub.

“Football-plus.az” xəbər verir ki, polislər sabiq idmançıya azad olunmanın şərtlərini pozduğuna görə həbslə bağlı order təqdim etmək üçün yaxınlaşanda o, qaça bilib. Bir müddət sonra hüquq-mühafizə orqanının əməkdaşları Uesti narkotik qəbul edəndən sonra özündə olmadığı vəziyyətdə aşkarlayıb. Sabiq basketbolçu dərhal xəstəxanaya aparılıb, həkimlər ona yardım göstərib. Ardından Uest xəstəxanadan buraxılıb və göz altına alınıb. Dünən axşam saatlarında o, məhkəmə qarşısına çıxarılmalıydı.

Delonte karyerasını bitirəndən sonra dəfələrlə kriminal xəbərlərin xronikasına düşüb. 2022-ci ili payızında ona dörd maddə üzrə ittiham irəli sürülüb: başqasının avtomobilinə basqın, avtomobilin qarət olunması, hüquq-mühafizə orqanlarından gizlənməyə cəhd, ictimai yerdə sərxoşluq.

Uest karyerası boyunca “Boston”dan başqa “Sietl”, “Klivlend”, “Dallas” və başqa komandalarda da oynayıb. 2008-ci ildə ona bipolyar pozğunluq diaqnozu qoyulub. Hücumameyilli müdafiəçi karyerasını 2015-ci ildə bitirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
football-plus.az

1Mənbələr