AZ

Millimiz Lüksemburqa qarşı

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa kubokunda ikinci oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirində komandamız Lüksemburqla qarşılşacaq.

Yığmamız dünən ilk matçında Malta ilə qarşılaşıb və 17:14 hesabı ilə qələbə qazanıb.

Digər qrupda İrlandiya, Andorra, Kosovo və Kipr mübarizə aparır.

Avropa kuboku
Təsnifat mərhələsi
A qrupu

9 iyun
14:25. Azərbaycan – Lüksemburq

Qeyd edək ki, ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri çarpaz şəkildə digər qrupla mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
idman.biz

2Mənbələr