AZ

"Fiat" satışa yeni model avtomobillər çıxaracaq



"Fiat" şirkəti ən sərfəli və ekoloji cəhətdən təmiz avtomobillərin istehsalına başlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, "Fiat" şirkəti yeni model "500 Mild Hybrid" avtomobilinin satışını ildə 100 min ədəd proqnozlaşdırır.

"Fiat" şirkətinin sözçüsü deyib ki, elektrik "500e"-nin yüngül hibrid benzin güc aqreqatına malik versiyasını hazırlayırlar. Bu maşınların satışını - elektrik versiyasından daha çox - ildə 110 000 avtomobilə çatdırmaq istəyirlər.

Şirkət yeni "Fiat 500" yumşaq hibridinə çox yüksək tələbatın olacağına ümid edir, çünki tam elektrik avtomobilinin daha sərfəli variantı təklif olunur.

"Fiat" şirkətinin rəhbəri isə bildirib ki, keçən ay elektrik avtomobilləri satışının qlobal yavaşlaması səbəbindən onların ana şirkəti hesab edilən "Stellantis" daha məhsuldar işləməyə qərar verib. Məhz bu yavaşlama fonunda "Fiat" İtaliyada istehsal olunacaq "500e" modelində kiçik elektrik avtomobillərinə, həmçinin "Jeep Compass SUV" avtomobil modellərində yenilik edərək bu maşınlara da hibrid versiyaları əlavə edəcəklər.

2020-ci ildə dünyanın maşın bazarlarına çıxarılandan sonra yalnız müasir elektrik avtomobili kimi satılan "500e" modeli isə olduqca qeyri-adi hərəkətlə kiçik həcmli "Firefly" benzin mühərriki ilə işləyən 48 voltluq yumşaq hibridə çevriləcək. Hibrid "500e" ilə "500e EV" isə eyni platformaya əsaslanacaq və bununla da "Fiat" maşını Polşada yığılmış köhnə "500" versiyasını tədricən ləğv etməli olacaq.

Təchizatçıların fikrincə, hibrid "Fiat 500"-ün illik satışı təxminən 125.000 ədədə çata bilər.

Şirkətdən deyiblər ki, "500e EV"-nin qiyməti təxminən 29.000 avrodan başlayacaq və ABŞ-da da satışa çıxarılacaq.

"Fiat"-ın baş direktoru Fransua Olivier bildirib ki, sözügedən hibrid "500e" əlavə olaraq tam texnologiya xüsusiyyətləri ilə təqdim ediləcək və ona görə də bu maşın Polşada istehsal edilən, həmçinin qiyməti 18 000 avrodan başlayan modeldən "bir neçə yüz avro" baha olacaq.

"Fiat" şirkətinin İtaliyanın Turin şəhərindəki "Mirafiori" zavod kompleksində "500 Mild Hybrid" elektrik modellərinin, həmçinin "500e EV " müasir avtomobillərin istehsalına isə 2026-cı ilin birinci rübündə başlanacaq.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
reyting.az

1Mənbələr